Taleh Mansurovdan, Bakı, Azərbaycan
29 aprel 2026, 16:27
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və dərin ehtiramımı bildirirəm.
Bu mötəbər beynəlxalq mükafat Sizin rəhbərliyinizlə Azərbaycanın sülhün möhkəmləndirilməsi, dialoqun təşviqi və regionda sabitliyin təmin olunması istiqamətində apardığı məqsədyönlü siyasətin yüksək qiymətləndirilməsinin aydın təzahürüdür. Xüsusilə uzun illər davam edən mürəkkəb münaqişənin aradan qaldırılması və davamlı sülh mühitinin formalaşdırılması istiqamətində göstərdiyiniz prinsipial mövqe və siyasi iradə xüsusi təqdirə layiqdir.
Tarixində böyük faciələr yaşamış Gernika bu gün sülhün və barışığın simvolu kimi dünya yaddaşında yaşayır. Belə bir mükafatın məhz Sizə təqdim olunması beynəlxalq miqyasda sülhə, qarşılıqlı anlaşmaya və sabitliyə verdiyiniz töhfələrin yüksək dəyərinin göstəricisidir.
Sizə möhkəm cansağlığı, ali fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da regionda və dünyada sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfələr verməkdə davam edəcəkdir.
Hörmətlə,
Taleh Mansurov
Azərbaycan Respublikası, Bakı şəhəri.