logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəbir Abbasovdan, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

29 aprel 2026, 13:23

Möhtərəm cənab Prezident,

Sizin "Gernika" sülh mükafatına layiq görülməyiniz xəbəri Füzuli sakinlərində böyük sevinc və qürur hissi yaratdı.

Bu nüfuzlu mükafat Sizin bölgədə davamlı sülhün, əmin-amanlığın və ədalətin bərqərar olması istiqamətindəki tarixi xidmətlərinizin beynəlxalq səviyyədə növbəti təsdiqidir. Vaxtilə dağıdılmış, bu gün isə Sizin rəhbərliyinizlə yenidən cənnətə çevrilən Füzulinin sakinləri olaraq, hər zaman Sizinləyik və Sizin siyasətinizi tam dəstəkləyirik.

Sizi bu ali mükafat münasibətilə bütün rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, dövlətimizin rifahı naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Abbasov Bəbir İsmayıl oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi