logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vətən müharibəsi iştirakçısından, Astara, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2026, 14:33

Hörmətli cənab Prezident!

Sizi Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən növbəti mühüm diplomatik addımınız – Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkəmizdə keçirilən görüşünüz münasibətilə dərin hörmət və ehtiramla salamlayıram. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan Respublikası Sizin uzaqgörən və qətiyyətli siyasətiniz sayəsində regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, sözünə və mövqeyinə sadiq olan nüfuzlu bir dövlətdir. Dövlətimizin müstəqil xarici siyasət xətti, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin inkişafına verdiyiniz önəm hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırır.

Cənab Prezident, Siz bu gün xalqın dayağı, dövlətin gücü, millətin qüruru olan böyük bir Lider kimi tarixə adınızı yazdırırsınız. Sizin müdrik siyasətiniz, qətiyyətli mövqeyiniz, dövlətçilik prinsiplərinə sədaqətiniz Azərbaycanı hər gün daha da yüksəldir. Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətləri arasında daha möhkəm mövqe tutur və ölkəmizin sözü beynəlxalq aləmdə hörmətlə qarşılanır.

Sizin hər bir addımınızda dövlətə bağlılıq, xalqa sevgi, Vətənə sədaqət görünür. Sizin iradəniz və güclü siyasətiniz sayəsində Azərbaycan təkcə regionda deyil, bütün dünyada güclü dövlət kimi qəbul olunur. Bu, hər bir vətəndaşın qürurudur və bu qürurun əsas səbəbi məhz Sizsiniz, cənab Prezident!

Cənab Prezident, belə yüksək səviyyəli görüşləri izlədikcə mənim qəlbimdə həm böyük fəxr və qürur hissi yaranır, həm də kövrəlirəm. Çünki mən və ailəm üçün ən böyük fəxr odur ki, Azərbaycan Respublikasının Sizin kimi güclü iradəyə malik, prinsipial, xalqını sevən və dövlətini ucaldan Prezidenti var. Açıq şəkildə deyirəm: mən də, ailəm də hər dəfə belə xəbərləri görəndə ürəyimiz sevinclə dolur və biz özümüzü çox xoşbəxt hiss edirik ki, bizim Sizin kimi Prezidentimiz var.

Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsi, müxtəlif ölkələrlə əməkdaşlığın gücləndirilməsi dövlətimizin siyasi, iqtisadi və strateji gücünü artırır. Ukrayna ilə aparılan yüksək səviyyəli danışıqların da ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının açılmasına xidmət edəcəyinə ürəkdən inanıram.

Cənab Prezident, Siz təkcə bugünün deyil, gələcəyin də liderisiniz. Sizin uzaqgörənliyiniz, xalqı düşünən siyasətiniz, Azərbaycanın maraqlarını hər şeydən üstün tutmağınız xalqımız üçün ən böyük xoşbəxtlikdir. Biz bilirik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək, daha da qüdrətlənəcək və daha böyük zirvələr fəth edəcək. Sizin kimi müdrik və qətiyyətli bir rəhbərin rəhbərliyi altında Azərbaycan bu gün öz gücünü bütün dünyaya sübut edir. Xalqın rifahını düşünən, dövlətçiliyi hər şeydən üstün tutan, Vətən naminə gecə-gündüz çalışan bir Prezident olaraq Sizin fəaliyyətiniz hər bir Azərbaycan vətəndaşının ürəyində böyük minnətdarlıq hissi yaradır. Biz bilirik ki, Azərbaycan Sizin kimi Liderin əllərində etibarlı və güclü gələcəyə doğru irəliləyir. Mən, hər zaman Sizin dövlətçilik siyasətinizi dəstəkləyir, Azərbaycanın güclənməsi naminə atdığınız bütün addımları böyük qürurla izləyirəm. Eyni zamanda polis veteranının oğlu kimi Vətənə xidmətin, dövlətə sədaqətin, xalq üçün çalışmanın nə qədər şərəfli və müqəddəs olduğunu dərindən anlayıram.

Hörmətli cənab Prezident!

Sizin qətiyyətli siyasətiniz, xalqın yanında olmağınız, Azərbaycanın maraqlarını hər zaman ən yüksək səviyyədə qorumağınız biz vətəndaşların dövlətə olan inamını daha da artırır. Sizin uğurlarınız bizim uğurumuz, Sizin qələbələriniz bizim qürurumuzdur. Siz Azərbaycan xalqına bir ümid, bir güvənc, bir dayaqsınız. Azərbaycan Sizin rəhbərliyinizlə bu gün inkişaf edir, çiçəklənir və dünya dövlətləri arasında öz layiqli yerini daha da möhkəmləndirir. Biz Sizinlə fəxr edirik, Sizin xalq üçün etdiklərinizi heç zaman unutmuruq.

Cənab Prezident, mən bu məktubda ailəmin ürəyindən keçən hissləri ifadə edirəm. Biz ailə olaraq Sizinlə fəxr edirik. Çünki Sizin kimi rəhbərin varlığı Azərbaycan xalqına güvən verir, bizə sabaha ümid verir. Sizin hər uğurunuz, hər görüşünüz, hər diplomatik addımınız mənim üçün sadəcə xəbər deyil – bu, bir vətəndaş kimi qürurumun, sevincimin və inamımın artmasıdır. Mən hər dəfə Sizi beynəlxalq arenada görəndə başımı dik tuturam və öz-özümə deyirəm: “Bu dövlətin belə Prezidenti var, deməli Azərbaycan hər zaman qalib olacaq!”

Allah Sizi qorusun, Azərbaycanı Sizin kimi güclü Liderin rəhbərliyi altında daha da yüksəltsin. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nəsirov Elvin Eynulla oğlu

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi