Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının rəhbərindən, Rotterdam, Niderland
Text size
29 aprel 2026, 13:45
Zati-aliləri, Prezident cənab İlham Əliyev,
Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz ardıcıl səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Sizə ölkəmizin inkişafı və regionda davamlı sülhün bərqərar olunması naminə göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik.
Dərin hörmətlə,
Elsevər Məmmədov,
Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri
Niderland Krallığı, Rotterdam şəhəri.