logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər Əliyevdən, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

29 aprel 2026, 12:01

Müzəffər Ali Baş Komandan!

Sizin gördüyünüz misilsiz işlər təkcə Azərbaycan vətəndaşları tərəfindən deyil, xarici ölkələrin vətəndaşları, siyasi liderləri, həmçinin beynəlxalq mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bu günlərdə yeni mükafata layiq görüldüyünüzü eşidəndə qəlbim növbəti dəfə iftixar və qürur hissi ilə döyündü, Sizə öz ürək sözlərimi yazmağı qərara aldım.

Hörmətli cənab Prezident İlham Əliyev, Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və xalqımızın rifahı naminə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Əliyev Səfər

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi