logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur

Text size icon-size icon-size

15 sentyabr 2010, 21:21

İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının əhəmiyyətindən danışıldı. Bu tədbirin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi