logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məcid Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

28 aprel 2026, 18:42

Hörmətli cənab Prezident,

Sizin ümumbəşəri amalların təşəkkül tapması, xalqlar arasında qarşılıqlı vəhdətin və sülhün bərqərar edilməsi yolunda səyləriniz çox yaxşı nəticələr verir və hər zaman təqdir olunmaqdadır. Bu mühüm fəaliyyətinizə görə Sizin növbəti mükafatla təltif olunmağınız bizi sevindirdi.

Sizi Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm və daha bol uğurlar arzulayıram.

Sizinlə fəxr edib, qürur duyuruq, cənab Prezident!

Hörmətlə,

Məmmədov Məcid Məmməd oğlu,

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi