logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cəfər Muxtarzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

28 aprel 2026, 14:00

Hörmətli cənab Prezident,

Sizə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə Azərbaycan gəncləri adından səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırıram. Bu nüfuzlu mükafat Sizin beynəlxalq səviyyədə həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü fəaliyyətin, dövlətlərarası əməkdaşlığın və ümumbəşəri dəyərlərin təşviqinə verdiyiniz töhfənin yüksək qiymətləndirilməsinin bariz ifadəsidir.

Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət siyasəti, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan gəncləri üçün qürur mənbəyidir və gələcəyə olan inamımızı daha da gücləndirir.

Azərbaycan gəncləri olaraq biz, ölkəmizin inkişafı və milli maraqların qorunması naminə Sizin ətrafınızda sıx birləşməyə və dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etməyə daim hazırıq.

Bu yüksək mükafata layiq görülməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uzunömürlülük və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Allah Sizi və ailənizi qorusun!

Azərbaycan Respublikası gəncləri adından hörmətlə,

Cəfər Muxtarzadə

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi