logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

27 aprel 2026, 19:05

Möhtərəm cənab Prezident!

Aprelin 25-də ölkəmizin füsunkar guşəsi olan Qəbələdə dost Ukrayna dövlətinin Prezidenti cənab Volodimir Zelenski ilə keçirdiyiniz görüş və nümayiş etdirdiyiniz səmimi dostluq münasibəti hər bir vətəndaş kimi məni də dərindən qürurlandırdı.

Sizin görüş zamanı qeyd etdiyiniz tarixi xronologiya – son 4 ildə 7-ci dəfə görüşməyiniz, 2019-cu ildən başlayan şəxsi dostluq əlaqələriniz və 2022-ci il Kiyev səfərinizə dair xatirələriniz Azərbaycanın xarici siyasətinin nə qədər etibarlı və sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etdi. 2008 və 2011-ci illərdə imzalanmış strateji sənədlərə istinad edərək ölkələrimizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı nümayiş etdirdiyiniz qətiyyətli mövqe hər birimiz üçün örnəkdir.

Müzəffər Ali Baş Komandan, Sizin nitqinizdəki təmkin, tarixi köklərə söykənən dərin məntiq və xalqımızın maraqlarını hər platformada uca tutmağınız bizə böyük güc verir. Mən bir Azərbaycan vətəndaşı olaraq Sizin apardığınız müdrik siyasətlə qürur duyuram. Sizin hər bir çıxışınız dövlətimizin qüdrətini və xalqımızın birliyini dünyaya bəyan edir.

Fürsətdən istifadə edərək, bir vətəndaş kimi mənə göstərilən diqqətə və müraciətlərimə olan həssaslığa görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi və uca dövlətimizi qorusun!

Dərin hörmət və ehtiramla,

Əzim Niftiyev

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi