logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xanəli Mənsimovdan, Kəlbəcər, Azərbaycan

Text size icon-size icon-size

27 aprel 2026, 17:05

Hörmətli cənab Prezident,

Mötəbər “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması, regionda sabitliyin və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində göstərdiyiniz ardıcıl və qətiyyətli fəaliyyətin yüksək qiymətləndirilməsidir. Uzun illər davam edən münaqişənin başa çatdırılması və sülh gündəliyinin irəli aparılması istiqamətində atdığınız addımlar yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni bir mərhələnin əsasını qoymuşdur.

Gernika faciəsinin anım günündə təqdim olunan bu mükafatın xüsusi rəmzi məna daşıması, Sizin rəhbərliyinizlə həyata keçirilən siyasətin sülhə, humanizmə və bəşəri dəyərlərə söykəndiyini bir daha nümayiş etdirir.

Əminəm ki, əldə olunan bu uğur Azərbaycanın gələcək inkişafına, regionda davamlı sülhün möhkəmlənməsinə və xalqlar arasında etimadın daha da güclənməsinə mühüm töhfələr verəcəkdir.

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar və Azərbaycan naminə həyata keçirdiyiniz bütün təşəbbüslərdə davamlı nailiyyətlər arzulayıram.

Hörmətlə,

Xanəli Mənsimov

Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Başlıbel kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi