logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

Text size icon-size icon-size

27 aprel 2026, 11:15

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi