Roman Balayevdən, Qusar, Azərbaycan
24 aprel 2026, 16:00
Hörmətli cənab Prezident!
Biz, Qusar rayon sakinləri, rayonumuza göstərdiyiniz diqqətə görə Sizə səmimi təşəkkürümüzü bildirmək istəyirik.
Qusarda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, xüsusilə yolların əsaslı şəkildə yenilənməsi, infrastrukturun yaxşılaşdırılması və sosial rifahın yüksəldilməsi əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Bir çox işlərin sürətli və keyfiyyətli şəkildə icra olunması Qusar sakinlərində böyük məmnunluq yaratmışdır.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticələrini bölgələrdə aydın hiss edirik. Siz, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi ölkəmizin inkişafı və vətəndaşların rifahı naminə yorulmadan çalışırsınız. Bu diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Ölkəmizin inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Roman Balayev
Azərbaycan Respublikası, Qusar şəhəri.