logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

23 aprel 2026, 15:50

Möhtərəm cənab Prezident,

Mən, bir Azərbaycan vətəndaşı və Cəlilabad rayonunun sakini olaraq, Sizin rəhbərliyinizlə ölkəmizin daxili və xarici siyasətdə qazandığı möhtəşəm uğurları böyük qürur hissi ilə izləyirəm. Xüsusilə, dünyanın bir sıra ölkələrinin prezidentlərinin ölkəmizə rəsmi səfərləri və Sizinlə keçirdikləri ali səviyyəli görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik gücünün təsdiqidir.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və söz sahibi olan bir dövlət kimi tanınır. Mən bir vətəndaş olaraq, bu uğurları və dövlətimizin haqlı mövqeyini öz imkanlarım daxilində şəxsi platformalarımda fəal şəkildə işıqlandırır, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağı özümə mənəvi borc bilirəm.

Cəlilabadlı bir gənc və dövlətinə sadiq bir şəxs kimi, regionlarımızın inkişafına, şəhid ailələrinə və qazilərə göstərdiyiniz xüsusi diqqətə, eləcə də ölkəmizin suverenliyinin qorunması istiqamətindəki qətiyyətli addımlarınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman dövlətimizin və Sizin rəhbərliyinizlə həyata keçirilən ali məqsədlərin yanındayıq.

Sizə dövlətçilik fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər, cansağlığı və uzun ömür arzulayıram.

Dərin hörmət və ehtiramla,

Niftiyev Əzim Özüxan oğlu

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi