Şəhid övladından, Zərdab, Azərbaycan
22 aprel 2026, 16:43
Möhtərəm cənab Prezident.
Sizə dərin hörmət və ehtiramımı bildirərək, müraciətimə göstərilən diqqətə və qaldırılan məsələnin operativ şəkildə həll olunmasına görə səmimi-qəlbdən təşəkkürümü çatdırıram.
İş yerimin dəyişdirilməsi ilə bağlı qaldırdığım məsələ qısa müddət ərzində öz müsbət həllini tapdı. Bu, vətəndaş müraciətlərinə həssas yanaşmanın və dövlət qayğısının bariz nümunəsidir.
Şəhid övladı kimi mənə göstərilən diqqət və qayğıya görə həm Sizə, həm də bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu münasibət mənim üçün mənəvi dəyər daşıyır.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Cəfərov Rafail,
Şəhid övladı.
Azərbaycan Respublikası, Zərdab şəhəri.