logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Eldar Ağaməmmədovdan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

22 aprel 2026, 14:25

Möhtərəm cənab Prezident!

Naftalan şəhərində sahibkarlığın inkişafına, turizm sektorunda yaradılan əlverişli biznes mühitinə və bu sahəyə göstərilən davamlı dövlət dəstəyinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliliyinizlə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də sahibkarlıq üçün geniş imkanlar yaradılmışdır. Sahibkarlara göstərilən diqqət, verilən güzəştlər və yaradılan şərait yeni biznes təşəbbüslərinin reallaşmasına, məşğulluğun artmasına və şəhərin sosial-iqtisadi inkişafına mühüm töhfə verməkdədir. Xüsusilə qeyd etmək istərdik ki, turizm sektoruna yönəlmiş sərmayələr, müasir istirahət mərkəzlərinin səmərəli işi Naftalanın cəlbediciliyini artırmaqla yanaşı, yerli sahibkarların fəaliyyətini daha da genişləndirmişdir.

Göstərdiyiniz yüksək diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ağaməmmədov Eldar Etibar oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi