logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teymur Canəliyevdən, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

17 aprel 2026, 13:18

Möhtərəm cənab Prezident,

Mən, TIR sürücüsüyəm, beynəlxalq yükdaşımalar üzrə işləyirəm. Yolum bir çox ölkələrdən keçir. Bəzi ölkələri gəzdikcə, oraları gördükcə Sizin siyasətinizin, xalqa verdiyiniz dəyərin, vətəndaşlara yaratdığınız şəraitin mahiyyətini daha dərindən anlayıram. Elə buna görə də Sizin dəyəriniz bizim gözümüzdə və qəlbimizdə daim yüksəlir.

Sizin sayənizdə gündən-günə gözəlləşən Azərbaycanımı çox sevirəm və Sizə çox minnətdaram.

Böyük Allah Sizi bu xalqın, bu ölkənin başından əskik etməsin. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim Rəhbərimizsiniz.

Hörmətlə,

Teymur Canəliyev

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Külüllü kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi