logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

17 aprel 2026, 12:10

Hörmətli cənab Prezident,

Bu məktubu Sizə böyük hörmət və dərin ehtiram hissi ilə yazıram. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edən, gündən-günə gözəlləşən, abadlaşan və dünya miqyasında nüfuz qazanan bir ölkəyə çevrilmişdir. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və sülh mühiti hər bir vətəndaş üçün böyük bir nemətdir. Biz bu gün təhlükəsiz, firavan və ümid dolu bir cəmiyyətdə yaşayırıqsa, bu məhz Sizin yorulmaz fəaliyyətinizin və xalqınıza olan diqqət və qayğınızın nəticəsidir. Respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, sosial rifahın yüksəlməsi istiqamətində atılan addımlar, xüsusilə də həssas təbəqəyə göstərilən diqqət hər bir vətəndaş kimi məni də qürurlandırır və gələcəyə inamımı daha da artırır.

Sizin rəhbərliyinizlə əldə olunan uğurlar, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və xalqımızın rifahı naminə görülən işlər danılmazdır və yüksək qiymətə layiqdir. Bu səbəbdən bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətinizdə daim uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Vəfadar Əfəndiyev

Azərbaycan Respublikası, Ağsu şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi