logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Allahverdi Şəmiyevdən, Zərdab, Azərbaycan

Text size icon-size icon-size

16 aprel 2026, 16:04

Cənab Ali Baş Komandan!

Vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində atdığınız addımları biz də öz həyatımızda hiss edirik. Məşğulluğumun təmin olunması üçün maldarlıq təsərrüfatı ilə təmin olunmuşam. Ucqar kəndin sakini üçün kənd təsərrüfatı və heyvandarlığın inkişafına təkan verilməsindən gözəl nə ola bilər?!

Vətən müharibəsinin iştirakçısı kimi mənə və ailəmə olan bu dəstəkdən fərəh duyur, qürur hissi keçirirəm.

Cənab Prezident, özümün və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm!

Hörmətlə,

Allahverdi Şəmiyev

Azərbaycan Respublikası, Zərdab rayonu, Körpükənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi