logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsa Yusubov və Alma Qədirovadan, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

16 aprel 2026, 18:01

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin tapşırığınızla həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına, dayanıqlı iqtisadiyyatın və sahibkarlığın inkişafına dəstək göstərən bir layihədir. Təsadüfi deyildir ki, hər il daha da artan sayla minlərlə vətəndaş bu layihədən yararlanır və biznesini qurur.

Bütün bunlar göstərir ki, Siz ölkəmizi həm dünya səviyyəli beynəlxalq təşkilatlarda və tədbirlərdə, böyük siyasi arenada uğurla təmsil edir, eyni zamanda vətəndaşların daha yaxşı yaşaması üçün də mötəbər addımlar atırsınız.

Biz də özünüməşğulluq proqramından faydalanan və öz biznesini quran minlərlə vətəndaşlardanıq. Sayənizdə artıq ailəmizi dolandırır və gəlir əldə edirik. Odur ki, bu tip sosial proqramların daimi olmasını arzulayır və bizə göstərilən bu qayğı üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Tanrı Sizi qorusun.

Hörmətlə,

İsa Yusubov,

Alma Qədirova

Azərbaycan Respublikası, Ağdaş rayonu, Cücük kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi