Fərid Şərifovdan, Bakı, Azərbaycan
Text size
15 aprel 2026, 14:03
Möhtərəm cənab Prezident,
Sizin Azərbaycan üçün göstərdiyiniz xidmətlər Vətənə əsl sevgi, xarakter və uzaqgörənlik gostəricisidir. Azərbaycan Respublikası vətəndaşlarının öz tarixi torpaqlarına qayıdışına, azərbaycanlıların ürəklə, qürur hissi ilə bütün dünyada “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” deməklərinə qəlbən sevinirik.
Sizinlə fəxr edirəm, cənab Prezident. Gələcəkdə bizi daha gözəl və işıqlı günlərin gözlədiyinə qəlbən inanırıq. Çünki uğurlu yolumuzda əldə olunan qürurverici nəticələr gələcəyə şəfəq saçır, bizi aydınlığa çıxarır.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Fərid Şərifov.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.