logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kənan Səmədovdan, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

14 aprel 2026, 18:01

Salam, hörmətli cənab Prezident.

Mən, müharibə veteranının oğluyam, aztəminatlı ailənin üzvüyəm. İşləmək və ailəmi normal dolandırmaq arzusunda idim. Bununla əlaqədar Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və mənə əmlak verildi. Təsərrüfatımı qurdum, inkişaf etdirdim və gəlir götürdüm. Ölkəmizdə vətəndaşlar üçün belə bir imkan yaradılması çox gözəl bir təşəbbüsdür və bu layihənin davamlı həyata keçirilməsi istərdim. Sizin təşəbbüsünüzlə bu tip layihələrin icra edilməsi biz vətəndaşlara dövlətin dəstəyini hər zaman üzərimizdə hiss etməyimizə rəvac verir. Bunun üçün Sizə təşəkkürümü bildirirəm.

Xalqın duaları hər zaman Sizinlədir, cənab Prezident.

Hörmətlə,

Kənan Səmədov

Azərbaycan Respublikası, Ağdaş şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi