Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
10 aprel 2026, 15:07
Hörmətli cənab Prezident!
Gürcüstana dövlət səfəriniz zamanı keçirilən görüşlər Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun daha bir göstəricisidir. Paytaxt Tbilisi şəhərində Sizin yüksək səviyyədə qarşılanmağınız ölkəmizə olan hörmət və etimadın açıq ifadəsidir.
Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan sabitlik, inkişaf və tərəqqi yolunda mühüm uğurlar əldə etmişdir. Dövlətimizin güclənməsi, iqtisadi imkanlarının genişlənməsi və beynəlxalq əlaqələrinin möhkəmlənməsi məhz uzaqgörən idarəçilik siyasətinin nəticəsidir.
Regionda və dünyada sülh, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafına verdiyiniz töhfələr xüsusi əhəmiyyət kəsb edir. Bu siyasət Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir və ölkəmizin strateji əhəmiyyətini artırır. Əminik ki, Sizin rəhbərliyiniz altında ölkəmiz gələcəkdə də, yeni uğurlara imza atacaq, dövlətimizin qüdrəti və xalqımızın rifahı daha da yüksələcəkdir.
Cənab Prezident, Sizə və Mehriban xanıma möhkəm cansağlığı, ailə səadəti, dövlətçilik fəaliyyətinizdə daim yüksəliş və yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.