İlham Əliyev BMT baş katibinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
05 fevral 2013, 17:05
Prezident İlham Əliyev BMT baş katibinin xüsusi nümayəndəsi Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyəti məmnunluqla qeyd olundu, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulandı.