logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Leyla Məmmədovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

08 aprel 2026, 15:01

Möhtərəm cənab Prezident,

Xəzər rayonunun Qala qəsəbəsində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Qəsəbəmizin infrastrukturunun yenilənməsi, yolların müasirləşdirilməsi və tarixi simasının qorunması istiqamətində göstərdiyiniz diqqət biz sakinləri çox sevindirir. Vətəndaşların rifahı və firavanlığı naminə gördüyünüz bütün işlərə görə Sizə “çox sağ olun!” deyirik.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Leyla Əmir qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi