logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günay Əsəddən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

06 aprel 2026, 17:15

Salam, dəyərli və hörmətli cənab Prezident.

Sizə minnətdarlıq etmək üçün bu məktubu yazıram. Bizə bu cür dövlət və ölkə bəxş etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Allah Sizdən razı olsun. Biz Sizinlə qürur duyur və fəxr edirik.

Eyni zamanda, şəhidlərimizə və onların ailələrinə verdiyiniz dəyərə, göstərdiyiniz diqqətə görə Sizə “çox sağ olun!” deyirik. Qarabağı möhtəşəm bir cənnətə çevirdiyiniz üçün xalqımızın sevinci və razılığı tükənməzdir. Bir şəhid ailəsi olaraq, bizim ailə də Qarabağda gedən inkişafa baxdıqca o qədər sevinir və fəxr edir ki...

Sizə hər zaman uğurlar arzulayıram, cənab Prezident.

Hörmətlə,

Günay Əsəd

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi