logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Altay Mirzəliyevdən, İstanbul, Türkiyə

Text size icon-size icon-size

03 aprel 2026, 12:55

Hörmətli cənab Ali Baş Komandan!

Qüdrətli Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı bizi hər zaman qürurlandırır. Vətəndən kənarda olsaq da, özümüzü yalnız hiss etmirik.

İstanbulda "ASAN Xidmət" əməkdaşlarının növbəti səyyar xidmətinin təşkili dövlətimizin vətəndaşının yanında olmasının bariz nümunəsidir.
Bu mühüm təşəbbüsə görə ilk növbədə Sizə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə və "ASAN Xidmət"in kollektivinə sonsuz minnətdarlığımızı bildirir, ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Altay Mirzəliyev

Yıldız Texniki Universitetinin magistrantı

Türkiyə Respublikası, İstanbul şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi