logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəvan Məmmədovdan, Ucar, Azərbaycan

Text size icon-size icon-size

02 aprel 2026, 16:01

Möhtərəm cənab Prezident!

Sizə bəslənən ümidlərimiz hər zaman özünü doğrultmuşdur. Çətin gündə Sizə ünvanladığımız müraciətlər dərdimizə çarə olmuş, qaranlıq yolumuza işıq salmış, bizi zülmətdən qurtarmışdır.

Atamın müalicəsi ilə bağlı müraciətimə göstərilən operativ köməkliyə və humanist dəstəyə görə ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Vətəndaşına hər zaman arxa duran, dayaq olan Prezidentimizin və dövlətimizin qayğısını bir daha dərindən hiss etdik.

Cənab Prezident, Sizə dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Rəvan Məmmədov

Azərbaycan Respublikası, Ucar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi