logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ələkbər Nəcəfovdan, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

02 aprel 2026, 14:55

Hörmətli cənab Prezident,

Ölkəmizin son 30 ildə keçdiyi böyük inkişaf yolu xarici dövlətlər və əcnəbilər tərəfindən maraqla öyrənilir və təqdir olunur. Tənəzzüldən sürətli yüksəlişə aparan bu yol xalqımızın qarşısında böyük üfüqlər açmışdır.

Azərbaycan gəncliyi də Sizin rəhbərliyinizlə müəyyən olunan inkişaf yolunda inamla irəliləyir. Gənclərimiz sayənizdə əməksevər, vətənpərvər və gələcəyə ümidlə baxan nəsildir. Xüsusilə aviasiya sahəsində təhsil alan gənclərin ölkəmizin inkişafına gələcəkdə də mühüm töhfə verəcəyinə inanıram.

Gənclərə göstərilən diqqətə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ələkbər Nəcəfov

Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi