Ceyhun Əliyevdən, Abşeron, Azərbaycan
Text size
01 aprel 2026, 17:52
Cənab Prezident.
"Bizim Ailə" İctimai Birliyi olaraq, dövlətimizin yüksəlişi naminə xidmətlərinizə görə Sizə minnətdarıq.
Yeni təsis etdiyimiz ictimai birliyimiz Sizin dövlətçilik kursunuza sadiq bir dəstək platformasıdır. Hər zaman Sizin ətrafınızda sıx birləşməyi və dövlətimiz naminə fəal olmağı özümüzə borc bilirik.
Cənab Prezident, Sizə ali fəaliyyətinizdə zəfərlər və möhkəm cansağlığı arzulayırıq. Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Ceyhun Əliyev,
"Bizim Ailə" İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.