logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahin Həsənov və Bayram Əsgərovdan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

18 mart 2026, 12:50

Hörmətli cənab Prezident.

Fəxr edirik ki, Azərbaycanın Sizin kimi layiqli Prezidenti var. Xalqımıza bəxş etdiyiniz Qələbəyə, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirdiyinizə, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasına görə Sizə minnətdarıq.

Masallı rayonunda görülən abadlıq və quruculuq işlərinə, o cümlədən Viləş kənd yolunda quraşdırılan işıqfora görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin sayənizdə yollarımız təhlükəsiz, rahat olur.

Allah Sizi qorusun!

Hörmətlə,

Həsənov Şahin,

Əsgərov Bayram

Azərbaycan Respublikası, Masallı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi