Dəyanət Məmmədovdan, Bakı, Azərbaycan
Text size
16 mart 2026, 17:21
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir. Xüsusilə Qarabağın azad olunmasında göstərdiyiniz qətiyyətli liderlik və əvəzedilməz sərkərdəlik missiyanız Azərbaycan tarixində mühüm və şərəfli bir səhifə kimi qalacaqdır.
Sizin uzaqgörən siyasətiniz və güclü iradəniz sayəsində ölkəmiz daha da güclənmiş və beynəlxalq arenada nüfuzunu artırmışdır.
Sizə dərin hörmət və ehtiramımı bildirərək görülmüş işlərə görə təşəkkür edir, cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədov Dəyanət
Azərbaycan Respublikası, Bakı şəhəri.