logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aydın Şahmirzayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 mart 2026, 12:40

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Son günlər ölkəmizin təhlükəsizliyi ilə bağlı yaranmış həssas vəziyyət zamanı nümayiş etdirdiyiniz qətiyyətli mövqe və operativ qərarlar Azərbaycan vətəndaşı olaraq məndə böyük qürur və inam hissi yaratdı. Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin qorunması istiqamətində göstərdiyiniz prinsipial mövqe hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir.

Sizin rəhbərliyinizlə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan bu gün regionda güclü və müstəqil dövlət kimi öz mövqeyini daha da möhkəmləndirmişdir. Belə həssas məqamlarda nümayiş etdirdiyiniz qətiyyətli liderlik ölkəmizin təhlükəsizliyinin etibarlı əllərdə olduğunu bir daha göstərir.

Bir Azərbaycan gənci kimi dövlətimizin milli maraqlarının qorunması naminə həyata keçirdiyiniz qətiyyətli və müstəqil siyasətlə qürur duyduğumu bildirir, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağıma və ölkəmizin inkişafına öz töhfəmi verəcəyimə Sizə söz verirəm.

Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Aydın Şahmirzayev

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi