logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həqiqət Quliyevadan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

16 mart 2026, 12:01

Möhtərəm cənab Prezident!

Mən bir şəhid anası olaraq Sizə dərin ehtiramımı və səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı bizlər üçün təkcə sosial dəstək deyil, həm də böyük mənəvi dayaqdır. Övladlarımızın Vətən uğrunda göstərdikləri qəhrəmanlığın dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, onların xatirəsinin daim uca tutulması biz şəhid ailələrinə təsəlli verir və qürur hissi yaşadır.

Sizin rəhbərliyinizlə şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hər birimiz tərəfindən böyük minnətdarlıqla qarşılanır. Bu qayğı bizə bir daha göstərir ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələri dövlətimizin daim diqqət mərkəzindədir.

Mart ayının 5-də Naxçıvanda törədilmək istənilən təxribat cəhdi bölgə əhalisi kimi bizi də ciddi narahat etmişdi. Lakin Sizin qətiyyətli mövqeyiniz, təhlükəsizlik orqanlarının operativ və peşəkar fəaliyyəti nəticəsində hadisənin qarşısının vaxtında alınması bizdə böyük arxayınlıq yaratdı. Bu hadisə bir daha göstərdi ki, dövlətimiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər zaman ayıq-sayıqdır və lazımi addımları qətiyyətlə atır. Biz şəhid anaları olaraq hər zaman dövlətimizin və Sizin yanınızda olduğumuzu bildirir, ölkəmizin təhlükəsizliyi, sabitliyi və inkişafı naminə həyata keçirdiyiniz siyasəti ürəkdən dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da daha güclü və daha qüdrətli olacaq. Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı naminə gördüyünüz məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Dərin hörmət və ehtiramla, Həqiqət Quliyeva, şəhid anası. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

Dərin hörmət və ehtiramla,

Quliyeva Həqiqət, şəhid anası.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi