logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rövşən Məmmədov və başqaları, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

13 mart 2026, 17:15

Salam, cənab Prezident,

Biz, aztəminatlı ailələrin üzvləri olaraq, bildirmək istəyirik ki, ölkəmizin çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi, maddi və mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində həyata keçirilən sosialyönümlü proqramlar çox təqdirəlayiqdir və müsbət qarşılanır. Bizim özünüməşğulluq proqramına cəlb edilməyimiz, əmlakla təmin olunmağımız və öz şəxsi təsərrüfatlarımızı yaratmağımız həyatımızda böyük dəyişikliklərə və müsbət irəliləyişlərə səbəb olmuşdur.

Buna görə Siz başda olmaqla, bu işdə əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Rövşən Məmmədov,

Əminə Məmmədova,

Nurhangiz İsmayılova

Azərbaycan Respublikası, Ağdaş rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi