Məzi Şikarovdan, Şamaxı, Azərbaycan
Text size
13 mart 2026, 10:55
Möhtərəm cənab Prezident!
Sizin tapşırığınıza əsasən, 10 mart 2026-cı il tarixində nəvələrim Şikarov Raul və Şikarova Naima Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən xüsusi reyslə Bakı şəhərinə geri dönmüşlər. Nəvələrim qeyd etdiyim ölkədə ali təhsil alırlar.
Özümə borc bildim ki, Sizə sonsuz minnətdarlığımı bildirim. Siz hər zaman qeyd etmisiniz ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Dualarımız Sizinlədir.
Allah Sizi və əzizimiz Mehriban xanımı bu dövlətə, bu millətə çox görməsin. Çox sağ olun.
Dərin hörmət və ehtiramla,
Şikarov Məzi Heybət oğlu
Azərbaycan Respublikası, Şamaxı şəhəri.