logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Uğur Hüseynovdan, Babək, Azərbaycan

Text size icon-size icon-size

12 mart 2026, 18:15

Möhtərəm cənab Prezident!

Naxçıvan gəncləri adından ölkəmizdə gənclərə göstərdiyiniz yüksək diqqət və qayğıya, onların hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlara görə Sizə səmimi minnətdarlığımızı bildiririk. Sizin həyata keçirdiyiniz uğurlu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi daha fəal, təşəbbüskar, milli-mənəvi dəyərlərə bağlı və dövlətinə sədaqətli bir nəsil kimi formalaşır.

Naxçıvan şəhərində baş vermiş son hadisə zamanı nümayiş etdirdiyiniz qətiyyətli mövqe və təxirəsalınmaz tədbirlər nəticəsində bölgədə sabitlik və təhlükəsizlik qısa müddətdə tam təmin olundu. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti və onun rəhbəri hər zaman xalqının təhlükəsizliyinin və ölkənin əmin-amanlığının keşiyində qətiyyətlə dayanır.

Biz gənclər də dövlətimizin güclənməsi, cəmiyyətimizin inkişafı və ölkəmizin sabitliyinin qorunması istiqamətində Sizin müəyyən etdiyiniz strateji kursa daim dəstək göstərir, Azərbaycanımızın gələcəyi naminə var gücümüzlə çalışmağı özümüz üçün böyük şərəf hesab edirik.

Naxçıvan gəncləri olaraq hər zaman Sizin həyata keçirdiyiniz siyasəti dəstəklədiyimizi bildirir, dövlətimizin və doğma Azərbaycanımızın yanında olduğumuzu bir daha ifadə edirik. Naxçıvanın sabitliyinə, təhlükəsizliyinə və inkişafına göstərdiyiniz xüsusi diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Hüseynov Uğur İlqar oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi