logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Muxtar Məmmədovdan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

12 mart 2026, 16:00

Hörmətli cənab Prezident,

İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu zamanı Sizin nümayiş etdirdiyiniz qətiyyətli mövqe və operativ qərarlar Azərbaycan vətəndaşı kimi məndə böyük qürur və güvən hissi yaratdı. Dövlətimizin təhlükəsizliyinin qorunması, xalqımızın müdafiəsi və ölkəmizin suverenliyinin təmin olunması istiqamətində atdığınız addımlar hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir.

Sizin uzaqgörən siyasətiniz, güclü liderliyiniz və milli maraqların qorunmasına yönəlmiş qətiyyətli fəaliyyətiniz nəticəsində Azərbaycan bu cür təhdidlər qarşısında hər zaman möhkəm və güclü dayanır. Bu çətin və həssas məqamda göstərdiyiniz prinsipial mövqeyə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

Dövlətimizin təhlükəsizliyi, sabitliyi və inkişafı naminə həyata keçirdiyiniz fəaliyyətlərdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Muxtar Xəyal oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi