Araz Allahverdiyevdən, Gədəbəy, Azərbaycan
Text size
12 mart 2026, 17:00
Hörmətli cənab Prezident,
Sizin yüksək komandanlığınızla Müzəffər Ordumuzun sıralarında mən də ölkəmizin ərazi bütövlüyünün bərpasında şücayətlə döyüşlərdə iştirak etdim və alnıaçıq ailəmin yanına, öz kəndimə geri döndüm. Vətən müharibəsi iştirakçısı olaraq döyüşdən sonra öz məşğulluğumu təmin etmək üçün Məşğulluq Mərkəzinə müraciət etdim və “Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri” bölməsi üzrə avadanlıqla təmin olundum.
Göstərilən diqqət və qayğıdan dolayı dövlətimizdən razıyam və Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Araz Allahverdiyev
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qızıltorpaq kəndi.