Nadir Hüseynovdan, Sabirabad, Azərbaycan
12 mart 2026, 14:27
Möhtərəm cənab Prezident!
Bu sözlər mənim saf qəlbimdən süzülüb gələn səmimi hisslərimdir. Yazmaqla Sizə bildirmək istəyirəm ki, Sizin yürütdüyünüz siyasəti və çıxışlarınızı çox bəyənirəm. Sizin hər bir addımınız, danışığınız və rəftarınız əsl nümunədir.
Eyni zamanda, hörmətli Mehriban xanımın həm Birinci vitse-prezident, həm də ömür-gün yoldaşınız olaraq hər işdə Sizə dəstək olması bütün Azərbaycan ailələri üçün əsl örnəkdir.
Mən, bir təqaüdçü və sadiq bir vətəndaş kimi deyirəm ki, Siz bizim əbədi Prezidentimiz olmağa layiqsiniz. Hər bir işiniz və hərəkətiniz bizim üçün qürur mənbəyidir. Sizə dərin minnətdarlığımı bildirir və "Çox sağ olun!" deyirəm.
Allah köməyiniz olsun!
Hörmətlə,
Nadir Hüseynov
Azərbaycan Respublikası, Sabirabad şəhəri.