Aydın Səfərovdan, Cəlilabad, Azərbaycan
11 mart 2026, 12:15
Hörmətli cənab Prezident!
Siz, həqiqətən də, döyüş meydanında ədaləti bərpa edən bir fateh və sülhün bərqərar olması üçün əlinizdən gələni edən bir dünya Liderisiniz.
Hər zaman köməyə ehtiyacı olan ölkələrə yardım etməklə humanizm dəyərlərini üstün tutan bir ölkə başçısı olduğunuzu göstərirsiniz. Bütün dünya ölkələri İranı tərk edən xarici vətəndaşların Azərbaycanın sərhədlərindən təhlükəsiz keçirilməsini, onlara ilkin yardım və kömək göstərilməsini alqışlayır.
Sizin martın 5-də Naxçıvana dron hücumu ilə edilən təxribatla bağlı çıxışınız ürəyimizdən xəbər verdi. Sizi tam dəstəklədiyimi bildirir, uzun ömür, cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Səfərov Aydın
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.