logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər Əlirzayevdən, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

12 mart 2026, 15:01

Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev!

İran ərazisindən Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumundan sonra Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətinin müvəqqəti dayandırılması səbəbilə muxtar respublika əhalisinin paytaxt Bakı şəhəri ilə gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakı–İğdır–Bakı reysinin açılması Naxçıvan sakinlərinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsi olmuşdur.

Eyni zamanda İğdır Hava Limanında Naxçıvan sakinlərinin səmimi qarşılanması qardaş Türkiyə Respublikası ilə həyata keçirilən dostluq və strateji əməkdaşlıq siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.

Sizin diqqət və qayğınız sayəsində 9 mart 2025-ci il tarixindən etibarən Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyətinin bərpa olunması Naxçıvan Muxtar Respublikası əhalisi tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Atılan bu mühüm addımlar Naxçıvan Muxtar Respublikası əhalisinin rahat gediş-gəlişinin təmin olunmasına, eyni zamanda bölgədə sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edir.

Möhtərəm cənab Prezident, göstərdiyiniz yüksək diqqət və qətiyyətli dövlətçilik mövqeyinizə görə Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, xalqımızın rifahı və dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Səfər Əlirzayev

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi