Həzi Aslanovdan, Qəbələ, Azərbaycan
Text size
10 mart 2026, 17:00
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Ölkəmizin təhlükəsizliyi və milli maraqlarının qorunması istiqamətində göstərdiyiniz qətiyyətli mövqeyə görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan xalqı Sizi atdığınız bütün addımlarda dəstəkləyir. Sizin uzaqgörən siyasətiniz bizi qürurlandırır, gələcəyə olan inamımızı daha da artırır.
Cənab Prezident, respublikamızın daha da inkişaf etməsi, qüdrətlənməsi üçün göstərdiyiniz yorulmaz səyləri alqışlayırıq. Sizə bu şərəfli yolda müvəffəqiyyətlər arzulayırıq.
Uca Allah Sizi, dövlətimizi və xalqımızı qorusun!
Hörmətlə,
Həzi Aslanov
Azərbaycan Respublikası, Qəbələ şəhəri.