logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhid analarından, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

10 mart 2026, 14:15

Möhtərəm cənab Prezident!

Şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiram, ailələrimizə göstərilən diqqət və qayğı, sosial rifahımızın yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər bizim üçün çox dəyərlidir. Bu gün Sizin rəhbərliyinizlə ölkəmizdə şəhid ailələrinə dövlət qayğısı daha da güclənmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən humanitar təşəbbüslər və layihələr şəhid ailələrinin sosial rifahının yüksəldilməsinə mühüm töhfələr vermişdir. Hər bir şəhid ailəsinə göstərilən mənəvi dəstək bizə güc verir, övladlarımızın müqəddəs amal uğrunda göstərdikləri şücaətin unudulmadığını bir daha sübut edir.

Cənab Ali Baş Komandan, şəhid ailələrinə göstərdiyiniz həssas münasibətə, xüsusi diqqətə və qayğıya görə Sizə təşəkkür edirik. Fürsətdən istifadə edərək, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər görən, şəhid analarına daim sevgi, diqqət göstərən, Azərbaycan qadınının nəcib simasını özündə təcəssüm etdirən dəyərli Mehriban xanımı 8 Mart – Beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edirik.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Göygöl rayonundan olan bir qrup şəhid anaları;

Qəhrəmanova Sara

Orucova Minayə

İsmayılova Raya

Vəliyeva Firuzə

Mərəndskaya Durna

Nağıyeva Sənəm

Süleymanova Səfiyə

Verdiyeva Həmayə

Zeynalova Navad

Nəcəfova Manya

Azərbaycan Respublikası, Göygöl rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi