Ayaz Usubovdan, Ağdaş. Azərbaycan
Text size
10 mart 2026, 16:00
Hörmətli cənab Prezident,
Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi, maddi təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr olduqca mötəbər xarakter daşıyır. Bu layihələrdən yararlanan minlərlə insan həm özünün, həm də ailəsinin maddi təminatını yaxşılaşdırır, faydalı iş görmüş olur. Mən də bir vətəndaş olaraq özünüməşğulluq proqramı çərçivəsində əmlak almışam, öz biznesimi qurmuşam və ailəmin dolanışığını təmin etmişəm.
Bu səbəbdən proqramın daimi olaraq həyata keçirilməsini arzulayır və bu layihələrin təşkilinə görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Ayaz Usubov
Azərbaycan Respublikası, Ağdaş rayonu, Cücük kəndi.