Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


04 fevral 2013, 18:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2013-cü il.