logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev göstərdiyi dəstəyə görə Albaniyanın Baş nazirinə minnətdarlıq edib

Text size icon-size icon-size

06 mart 2026, 17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Mən Albaniyanın Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istəyirəm. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir".

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi