logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Text size icon-size icon-size

07 mart 2026, 21:15

Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi