Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə
Text size


04 fevral 2013, 18:15
Hörmətli Nursultan Abişeviç,
Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 fevral 2013-cü il.