logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhram Seyidovdan, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

10 mart 2026, 13:00

Hörmətli cənab Prezident,

Martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinin İran tərəfindən pilotsuz uçuş aparatları ilə atəşə məruz qalması naxçıvanlı bir Azərbaycan vətəndaşı kimi məni dərindən sarsıtdı. Bu, hər bir azərbaycanlıda dərin qəzəb hissi yaradan hadisədir. Bu xain hücumla bağlı Sizin nümayiş etdirdiyiniz prinsipial mövqeni dəstəkləyirəm. Xalqımız əvvəllər olduğu kimi bu gün də törədilən belə çirkin əməllər qarşısında Sizin sərgilədiyiniz cəsarət və qətiyyətlə fəxr edir. Sizin mövqeyiniz dövlətimizin gücünə olan əminliyimizi daha da artırdı.

Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, ölkəmizin başında Sizin kimi dəmir iradəli bir Prezident dayanır. Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Şəhram Seyidov

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi