logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən, İstanbul, Türkiyə

Text size icon-size icon-size

06 mart 2026, 15:25

Çox hörmətli Prezident,

Mərmərə Qrupu Vəqfi adından İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasına hücumunu, o cümlədən Hava Limanına və Şəkərabad kəndinə dronların atılmasını şiddətlə qınayırıq.

Bu hücum beynəlxalq normalara və prinsiplərə zidd olduğu qədər bölgədə gərginliyin artırılmasından başqa bir anlam ifadə etmir.

Qardaş Azərbaycana qarşı yol verilən bu hərəkətə İran Dövlətinin ən qısa zamanda bir aydınlıq gətirməsini, eləcə də bir daha təkrarlanmamasını tələb edirik.

Səmimi qəlbdən Sizi dəstəkləyərək ehtiramımızı bildiririk.

Hörmətlə,

Akkan Suver, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri

Türkiyə Respublikası, İstanbul şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi